Valyuta hərracında dollar bahalaşıb

Azərbaycan Mərkəzi Bankda(AMB) Dövlət Neft Fondunun da iştirakı ilə mart ayının ilk valyuta hərracı keçirilib. 
Abzas.net xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7551​ səviyyəsində formalaşıb.
Hərraca Dövlət Neft Fondu 35 milyon dollar çıxarıb.
Qeyd edək ki, bundan əvvəlki hərracda dolların məzənnəsi 1,7514 olub.