Yunker: “Balkan yarımadasında müharibə başlaya bilər”

ABŞ prezidenti Donald Trump’ın Avropa İttifaqının (Aİ) ünvanına səsləndirdiyi tənqidi fikirlər Balkan yarımadasında müharibəyə səbəb ola bilər.
Bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, D.Trump’ın Böyük Britaniyanın Aİ-dən ayrılması ilə bağlı verdiyi dəstək “təhlükəlidir”.
“ABŞ prezidentinin açıqlamalarından məlum olur ki, o, Avropada yaranmış qəliz vəziyyətdən məlumatlı deyil. Mən vitse-prezident Maykl Pensə də bildirdim ki, başqa ölkələrin Avropa İttifaqından çıxmasını dəstəkləmək lazım deyil. Əks halda İttifaq dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq, Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Makedoniya, Albaniya arasında isə müharibə başlaya bilər”, – deyə o bildirib.