ABŞ-da neft investisiyaları son 5 ilin zirvəsinə çıxdı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) tərəfindən ölkədə neft hasilatı üçün qoyulan investisiyaların təxminən son 5 ilin zirvəsinə çatdığı bildirilib.
Abzas.net “Marja”-ya istinadən xəbər verir ki, EIA-dan edilən açıqlamada, ABŞ-da neft istehsal edən 44 şirkətin ümumi kapital xərclərinin (investisiyalarının) keçən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72 faiz artımla 4,9 milyard dollara çatdığı bildirilib.
Beləliklə, ABŞ-da neft istehsalçılarının ümumi kapital xərcləri 2012-ci ilin ilk rübündən bəri illik müqayisədə ən böyük sıçrayışını göstərərək, təxminən son 5 ilin ən böyük artımını qeyd edib.
Neftin barrel qiymətinin 2014-ci ilin ortasındakı 115 dollardan 2016-cı əvvəlində 30 dollarıdan aşağı enməsi ABŞ-ın neft istehsalçılarının maliyyə çətinliyi ilə üzləşmələrinə səbəb olmuşdu.
Açıqlamada, 2014-2016 dövründə azalan nağd pul axınının neft istehsalçılarının investisiyalarına, neft axtarışı və istehsalı fəaliyyətlərini də mənfi təsir göstərdiyi vurğulanıb.
Ötən ilin son rübündə qiymətlərin 45-50 dollar səviyyəsinə çıxması ilə ABŞ-ın neft sektoruna investisiyaların geri dönməyə başladığı qeyd edilən açıqlamada, qalxan neft qiymətlərilə Amerikalı istehsalçıların gəlirlərinin artdığı qeyd edilib. Şirkətlərin gəlirləri artdığından axtarış və istehsal fəaliyyəti üçün büdcələrini artırıblar.
EIA tərəfindən, Amerikanın neft şirkətlərinin axtarış və istehsal fəaliyyətinə investisiyaların bu il də artmaqda davam edəcəyi proqnozlaşdırılır.