ABŞ-da yeni nəhəng neft-qaz yataqlar kəşf edilib

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS)  verdiyi açıqlamaya görə, Texas və Louisiana əyalətlərinin cənubundakı Bossier və Haynesville sahələrində 8 trilyon 610 milyard kubmetr qaz və 4 milyard barrel də xam neft ehtiyatı kəşf edilib.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkədə keçən il cəmi 779 milyard kubmetr qaz istehlak edilib. Ölkədə illik qaz istehlakının keçən il sabit qalması və yeni kəşf edilən 8 trilyon 610 milyard kubmetr qaz ehtiyatının çıxarılması vəziyyətində, yalnız bu iki yataqdan hasil ediləcək qaz Amerikanın 11 illik ehtiyacını tək başına ödəyəcək.

Keçən ilin sonunda ümumi qaz ehtiyatı 10,4 trilyon kubmetr olaraq hesablanan ABŞ-da, sözügedən yeni kəşflərlə ümumi qaz ehtiyatı 19 trilyon kubmetri keçib. Beləliklə, sabit istehlak və ehtiyatların çıxarılması şərtilə, ölkədə 24 ildən artıq qaz sıxıntısı baş verməyəcəyi proqnozlaşdırılır.