ABŞ generalı: “Rusiya Talibanı silahlandırır”

ABŞ müdafiə naziri James Mattis ilə açıqlama verən ABŞ generalı John Nicholson, Rusiyanın Əfqanıstanda Talibanı silahlandırması ilə bağlı iddiaya “qarşı çıxmayacağını” söyləyib.
Sol Xəbər Portalı-nın məlumatına görə, mövzuyla əlaqədar detal verməkdən çəkinib, Nicholson-a dəstək verən Mattis, “Rusiya ilə diplomatik əlaqə quracağıq”, – deyə bildirib.
Daha əvvəl də ABŞ-lı səlahiyyətlilər bənzər iddialar ortaya atmış, Rusiya tərəfindən Talibana verilən silahların Əfqanıstanın müxtəlif bölgələrində istifadə edildiyini vurğulamışdı.
Rusiya isə bu iddiaların sübutsuz olduğunu söyləyərək, Talibanı silahlandırdığını qəbul etməmişdi.