ABŞ İsrailə 440 milyon dollarlıq silah satışını təsdiqləyib

ABŞ-ın İsraillə hərbi əməkdaşlığı davam edir.
Abzas.net xəbər verir ki, Jerusalem Post-da yer alan məlumata görə, ABŞ Xarici işlər nazirliyi, İsrailə “Ola biləcək Hərbi Satış”-ı təsdiq edib.
Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA) tərəfindən edilən açıqlamada, İsrail hökumətinin ABŞ-dan 13 ədəd 76 mm dəniz silahı, baxım materialları və alətləri, amerikan texniki, dəstək xidmətləri tələb etdiyi bildirilir.
Hesablamalara görə bu tələblərin hamısı 440 milyon dollara bərabərdir.
DSCA şərhində, ABŞ-ın İsrailin təhlükəsizliyinə olan bağlılığının davam etdiyi ifadə edilərkən, İsrailin özünü müdafiə qabiliyyətinin inkişaf etdirilməsində ABŞ-ın də mənfəətinin olduğu qeyd edilib.