ABŞ: “Türkiyə Suriya və İraqa zərbələri koalisiya ilə razılaşdırmadan endirib”

Türkiyə Suriya və İraqa zərbələri ABŞ  və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib. “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib.
“Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və “Peşmərgə”nin üzvləri də daxil olmaqla,  İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub”, – deyə Toner bildirib.
Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir.
“Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi  həyati əhəmiyyət daşıyır”, – deyə Toner qeyd edib.
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG)Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirili
MƏNBƏAPA
Əvvəlki məqaləAXCP Avropa Məhkəməsinə müraciət edəcək
Növbəti məqalədə“İlin əvvəlindən Donbasda 140 dinc sakin ölüb”