ADIF maliyyə hesabatını açıqlamır və kreditorların sorğusuna cavab vermir

Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyədək on bir müflis bankın əmlakının satılması barədə informasiyanı açıqlamayıb. Ləğv edilən bankları idarə edən təşkilatın elektron resursu maliyyə hesabatını, eləcə də onların ləğv edilməsi planını açıqlamır. Həmçinin kreditorların sorğusuna cavab vermədiyi barədə məlumat var.   
ADIF-in saytında daxil olanda buna əmin olmaq olar. Saytda ləğv edilən bankların əmlakının satışı üzrə hərraclar barədə məlumat və elan yoxdur. Bir qayda olaraq, satışa daha qiymətli əmlak çıxarılır – daşınmaz əmlak, peşə texnikası və s. Fond nəyi, nə vaxt, kimə, hansı şərtlərlə satıb – məlum deyil.
Elektron resursda lisenziyası ləğv edilən bankların maliyyə hesabatı, ləğvetmə planı da yoxdur. Qanuna əsasən, iflasdan 120 gün sonra məhkəmə Fondun təqdimatı üzrə ləğvetmə planını açıqlamalıdır. «Planlar dərc edilmir, heç kimə verilmir, bu isə ləğvetmədə korrupsiya ünsürü fikrini gücləndirir. Mənim yazılı müraciətimdən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası ADIF-dən tələb etdi ki, qanuna əməl etsin. Amma Fond bunu etmir», – deyə “Bank hüququ” kitabının müəllifi, Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov Turan-a bildirib.
ADIF problemli kreditlərin qaytarılması prosesindən yan keçir, Bank Standardın kreditorlar komitəsinin iclasının keçirilməsi barədə I İnzibati-İqtisadi Məhkəmənin qərarına etina etmir.
Ləğvetmə prosesinin qapalılığından irəli gələn məsələlər sığortlanmayan əmanətçilərin hüquqlarının pozulması ilə məhdudlaşmır, çünki sığortalanmış əmanətlər Mərkəzi Bankın fonda verdiyi kreditlərdən ADİF tərəfindən ödənilir.
Məlumat verilir ki, təkcə Bank Standard-ın (əmanətlərin ümumi həcmi 603 mln manat, onun 568 mln.-u sığortalanmış əmanətlərdi) ləğv edilməsi zaman Fond AMB-dan illik 0,15%-lə 10 il müddətinə 460 mln. manat istəyib. Ləğvetmə prosesi zamanı əldə edilən vəsaitlər ADİF-in ölkənin əsas bankı qarşısında borc öhdəliklərinin ödənilməsi mənbəyidir.
“Sığortlanmış əmanətçilərə kompenssiya ilə bağlı fondun fəaliyyəti bütövlükdə AMB-nın kreditlərindən asılıdır, – deyə Həsənov qeyd edir. – Bu zaman fiziki, hüquqi şəxslərin və şirkətlərin sığortalanmamış əmanətlərinin taleyi bir çox sual yaradır. Fondun bu istiqamətdə işi barədə məlumat yoxdur”.
Ekspert bildirib ki, ötən ilin dekabrın 2-də Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi sorğu ilə bağlı cavab alıb. Məktubunda o, korrupsiyanın qarşısını almaq məqsədi ilə kreditorların təşkilat və yığıncağının təşkilinin zəruriliyini qeyd edib.
Palata cavabda bildirib ki, kreditorlar komitəsinin iclasının keçirilməsi ilə bağlı məhkəməyə müraciət edib, I İnzibati-İqtisadi Məhkəmənin dekabr qərarına əsаsən, Bank Standardda kreditorlar komitəsi yaradılmalıdır. Məhkəmə belə bir komitənin yaradılması ilə yanaşı onun Əsasnaməsini də təsdiq edib və Fonda tapşırıq verib ki, bu məsələ ilə bağlı təşkilati işlərə başlasın.
Palata həmçinin bəyan edir ki, ADIF bütün bankların maliyyə hesabatını məhkəməyə təqdim edib, məhkəmələr onları təsdiq edib və əmin edib ki, istənilən kreditor hesabatı əldə edə bilər. Amma hələ Fond onları heç kimə təqdim etməyib.
«Palata bizi maliyyə hesabatı üçün Fonda göndərir, amma bu struktur yazılı ərizələrə cavab vermir.  Fondun elektron resursu da var. Orda müflis bankların maliyyə hesabatı dərc edilməlidir. Çoxlu sorğulara cavab evrməkdənsə, bunu etmək asandır», – deyə Həsənov hesab edir.
Qeyd edək ki, əmanətlərin yüz faiz qarantı olan ADİF bu funksiyanı AMB-nin krediti ilə yerinə yetirir. Amma «Əmanətlərin sığortalanması haqqında» qanuna əsasən, AMB və dövlət bu strukturun öhdəliyinə görə məsuliyyət daşımır. Yəni qanun AMB-nin qarşısına sığortalanan əmanətlərin ödənilməsi üçün Fonda kredit vermək öhdəliyi qoymayıb. Bu struktur Himayəçilər Şurası tərəfindən idarə edilir. Onun 7 üzvü var və onlar MBNP, AMB, İqtisadiyyat və Maliyyə nazirlikləri və iki bankın təmsilçilərindən ibarətdir. Belə çıxır ki, ADİF-i dəvlət idarə edir, amma onun öhdəliyinə görə məsuliyyət daşımır.