ARNDF-yə indiyədək AÇG layihəsindən 123,7 mlrd. dollar daxil olub

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar blokundan 2017-ci ilin aprelin 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
Abzas.net fonda istinadən xəbər verir ki, bu ilin I rübündə AÇG yataqları üzrə fond 1 mlrd. 620 mln. ABŞ dolları gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən cari ilin aprel ayının 1-dək AÇG yataqlar bloku üzrə 123,729 mlrd. dollar həcmində gəlir əldə olunub.