Avropa Beynəlxalq Valyuta Fonduna alternativ yaradır

Avrozona Xilas Fondu və Avropa Stabilləşmə Mexanizmi (ESM) gələcəkdə Avropa Valyuta Fonduna çevrilə bilər. Reportun xəbərinə görə, bunu bu gün Avropa Parlamentində Avropa Qrupunun rəhbəri Yerun Deysselblum açıqlayıb.
Qrup rəhbəri qeyd edib ki, “ESM gələcək proqramların monitorinqini, danışıqların aparılmasını və işlənib hazırlanmasına rəhbərlik etməlidir. Həmçinin, ESM, Beynəlxalq Valyuta Fonduna (IMF) uyğun olaraq daha geniş mandat əldə edəcək. Bu mandat IMF-in hazırda üzv ölkələrin hesabatlarını hazırlayaraq makroiqtisadi təhlilin obyektiv təmin edilməsinə uyğunlaşdırılacaq”.