Avropa Məhkəməsi 2010-cu il parlament seçkilər ilə bağlı qərarlar elan edəcək

Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il parlament seçkiləri üzrə Azərbaycandan göndərilmiş daha 22 şikayət üzrə növbəti qərarlarını açıqlayacaq.
Məhkəmənin 2010-cu il parlament seçkiləri ilə bağlı bu vaxta qədər elan etdiyi qərarların hamısı namizədlərin qeydiyyatından imtina ilə bağlı şikayətlərlə bağlı idisə, bu dəfə qərar veriləcək şikayətlər seçki prosesi zamanı yol verilən pozuntularla bağlıdır.
Abzas.net xəbər verir ki, bu barədə hüquqşünas İntiqam Əliyev məlumat yayıb. İ.Əliyev aprelin 13-də qərarları açıqlanacaq 10 şikayətçinin – İsa Qəmbər (15 saylı Yasamal birinci Seçki Dairəsi, AXCP-Müsavat Siyasi Partiyalar Blokundan namizəd), Əli Kərimli (31 saylı Suraxanı ikinci Seçki Dairəsi, AXCP-Müsavat Siyasi Partiyalar Blokundan namizəd), Pənah Hüseyn (22 saylı Nəsimi ikinci Seçki Dairəsi, bitərəf namizəd), Adil Qeybulla (115 saylı Şəki kənd ikinci Seçki Dairəsi, AXCP-Müsavat Siyasi Partiyalar Blokundan namizəd), Arzu Səmədbəyli (8 saylı Binəqədi birinci Seçki Dairəsi, AXCP-Müsavat Siyasi Partiyalar Blokundan namizəd), Qiyas Sadıqov (63 saylı Sabirabad birinci Seçki Dairəsi, AXCP-Müsavat Siyasi Partiyalar Blokundan namizəd), Leyla Mustafayeva (107 saylı Qazax Seçki Dairəsi, bitərəf namizəd), Sitarə Zeynalova (36 saylı Xətai dördüncü Seçki Dairəsi, bitərəf namizəd), Yaqub Babalı (87 Ağsu-İsmayıllı Seçki Dairəsi, Klassik Xalq Cəbhəsi Partiyasından namizəd), Soltanhəmid Məlikovu (61 saylı Neftçala Seçki Dairəsi, bitərəf namizəd) təmsil edir.
Bundan başqa, həmin gün İlham Hüseynli, Sahib Kərimli, Salman İmanli, Gözəl Bayramli, Namət Əliyev, Nəriman Yahyayev, İlham Hüseynli, Bəxtiyar Haciyev (həmin işlərdə şikayətçiləri Hafiz Həsənov təmsil edib), Tofiq Yaqublu (hüquqşünas Akif Əlizadə), Sərdar Məmmədov (hüquqşünas Fuad Ağayev), Arif Mansurovu (hüquqşünas Emin Aslanov), İkram İsrafilin (hüquqşünas Əsabəli Musatafayev) şikayətləri üzrə qərarların da elan edilməsi gözlənilir.
AM bu şikayətləri birləşdirərək bir neçə iş üzrə qruplaşdırıb və qərarlar da qrup halında elan ediləcək. Şikayətlərin hamısında Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin (azad seçki hüququ) pozuntusu qoyulub. Bəzi şikayətlərdə həmçinin Konvensiyanın 13 (səmərəli müdafiə vasitələrinə olan hüquq) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusu da qaldırılıb.
Avropa Məhkəməsi İntiqam Əliyevin apardığı 10 şikayət üzrə əlavə olaraq Konvensiyanın 34-cü maddəsinin (fərdi şikayət hüququ) pozuntusuna qiymət verəcək. Bu pozuntu İ.Əliyev 2014-cü ilin avqustunda həbs edilən zaman evindən və ofisindən Avropa Məhkəməsində apardığı işlər üzrə bütün sənədlərin, o cümlədən seçki şikayətləri üzrə materialların prokurorluq tərəfindən qanunsuz götürülməsi ilə bağlıdır.
Bundan qabaq 20-yə yaxın şikayət üsrə qərarlarında Avropa Məhkəməsi bunu şikayətçilərin Avropa Məhkəməsinə müraciət hüququna əsassız maneə kimi qiymətləndirərək Konvensiyanın 34-cü maddəsinin pozuntusunu tanıyıb.
Bu il 2010-un parlament seçkiləri ilə ilə bağlı qalan şikayətlər üzrə qərarlarının da elan ediləcəyi gözlənilir.