Avstriya Baş naziri: “Türkiyə AB üzvü olmamalıdır”

Avstriya Baş naziri Christian Kern Türkiyənin AB üzvlüyünə icazə verilməməsinin lazım olduğunu söyləyib.
“Associated Press” xəbər verir ki, Brüsseldə jurnalistlərin suallarını cavablandıran Kern, “Türkiyə ilə əlaqələri yeni qaydaya salmağın zamanı gəlib”, – deyə bildirib.
Kern, iqtisadi əlaqələr, təhlükəsizlik və immiqrantlarla əlaqədar problemlərin başqa formada müzakirə olunmasının tərəfdarı olduqlarını müdafiə edərkən, “Türkiyə ilə yeni əlaqələr qurmalıyıq”, ifadəsindən istifadə edib.
Wikipedia-nın da əngəlləndiyini qeyd edən avstriyalı baş nazir, “Tələsik qərar verməliyik, çünki 80 milyonluq qeyri-sabit bir ölkənin qonşumuz olmasına gücümüz çatmaz”, – deyərək çıxışını yekunlaşdırıb.
Əvvəlki məqaləZidane-dan Le Pen çağırışı
Növbəti məqalədəOmbudsman Mehman Hüseynovla bağlı nazirə müraciət edib