Azərbaycan müxalifətinin Türkiyədəki referendumla bağlı mövqeyi nədir?

“Konstitusiya kimi vacib uzlaşma səbəbi əhalinin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmalıdır, ancaq o zaman işlək ola bilər”
Bu sözləri Abzas.net-ə açıqlamasında Real Hərəkatının icra katibi Natiq Cəfərli deyib. Türkiyədəki referendum nəticələrinə münasibət bildirən N.Cəfərli deyib ki, Referendumun nəticələri Türkiyə iqtidarına, müxalifətinə, siyasi partiyalara bir mesaj olmalıdır.
“Heç də təsadüfü deyil ki, elə Türkiyə parlamentinin özündə bu gün də işlək olan qanunlara görə, parlamentin özündə konstitusiyanın hər hansısa bir maddəsinin dəyişmək üçün, ən azı 3-2 səs çoxluğu lazımdır. Bu 3-2 səs çoxluğu olmadığına görə, hakim partiya AKP MHP ilə birlikdə referenduma getmək qərarı aldı. Bu, təəssüf ki, Türkiyə cəmiyyətinin ideoloji olaraq və məsələlərə yanaşma tipi olaraq tən yarıya bölünməsinə gətirib çıxartdı” – deyə N.Cəfərli bildirib.
Natiq Cəfərli deyir ki, referendumda göstərilən məsələlərin tam olaraq 2019-cu ildə həyata keçəcəyin nəzərə alsaq, öndə 2 illik bir sürəc var.
Natiq Cəfərli
“Bu 2 illik sürəcdə parlament və prezident seçkilərindən öncə bələdiyyə seçkiləri var. Mənə elə gəlir ki, Türkiyə iqtidarı, müxalifəti, siyasi partiyaları xalqın anlamasa, bələdiyyə seçkilərində tamam fərqli bir mənzərə olacaq və bu da həm parlament, həm də prezident seçkilərinə öz təsirini göstərəcək” – deyə Natiq Cəfərli bildirib.
Natiq Cəfərlinin sözlərinə görə, ola bilər ki, önümüzdəki zamanlarda Türkiyənin siyasi elitası dəyişsin, növbəti referendumlara gedib bu dəyişiklikləri düzəltsinlər. N.Cəfərli deyir ki, məni narahat edən Azərbaycan əhalisinin təxminən 60%-dan çoxunun Türkiyə televiziyalarını izləməsidir.
“İndi Türkiyə televiziyalarında qərblə münasibətlərə, ümumbəşəri dəyərlərə inamsızlıq aşılanır. Bu da Azərbaycan əhalisinin ümumbəşəri dəyərlərə münasibətin dəyişə bilər və avtoritarizm meyli artıra bilər ki, məni ən də ən çox narahat edən budur” – deyib Natiq Cəfərli.
“Türkiyənin daxili və xarici siyasətində əsaslı dəyişikliklərin olacağını gözləmirəm”
Bu sözləri isə, məsələyə münasibət bildirən Müsavat başqanı Arif Hacılı deyib. Arif Hacılının sözlərinə görə, Türkiyə ilə Azərbaycan dost dövlətlərdir.

“Referendumun nəticələri hakim partiyaya bir siqnal olmalıdır. Ona görə ki, aparılan bu qədər təbliğata, çıxışlara baxmayaraq Türkiyə cəmiyyətinin yarı hissəsi referenduma yox dedi. Bu iqtidar partiyasını düşündürməli məsələdir” – deyə Arif Hacılı bildirib.
Arif Hacılı deyir ki, məni ən çox narahat edən məsələ seçkilərdəki pozuntularnın olması ilə əlaqədar məlumatların yayılmasıdır.
“Türkiyəni biz İslam dünyasında demokratik, azad, şəffaf seçki keçirən ölkə kimi təbliğ etmişik hər zaman. İndi belə məsələlərin üzə çıxması, seçki saxtakarlığının, pozuntusunun olmasına dair məlumatların gəlməsi üzücüdür. Türkiyə hökuməti çalışıb bu məsələləri araşdırmalı, günahkarların cəzalandırılmasına nail olmalıdır” – deyə Arif Hacılı bildirib.