Bakıya yeni prokuror təyin olunub

Baş Prokuror Zakir Qaralovun əmri ilə İlqar Abbasov Bakı şəhər prokuroru təyin olunub. Bu gün o, paytaxt prokurorluğunun kollektivinə təqdim olunub. Bu barədə Turan-a həmin qurumdakı mənbə bildirib.
Buna qədər Abbasov Baş Prokurorluq nəzində Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini tuturdu.
Abbasov Bakı prokuroru vəzifəsində dünən prezidentin təqdimatı əsasında parlament tərəfindən Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilən Əziz Seyidovu əvəz edib.