Bankların Palataya ödəyəcəyi vəsait məlum oldu

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ödəyəcəyi haqqın məbləği onların ötən ilin yekunundakı maliyyə göstəriciləri əsasında müəyyən ediləcək.
Bu barədə “Report”a Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.
Xatırladaq ki, ötən gün qüvvəyə minmiş qaydalara görə, aktivlərinin həcmi 1 mlrd. manatdan çox olan banklar 800 min manat, aktivlərinin həcmi 500 mln. manatdan 1 mlrd. manata qədər olan banklar 500 min manat, aktivlərinin həcmi 500 mln. manata qədər olan banklar isə 300 min manat Palataya illik haqq ödəməlidir.
31 dekabr 2016-cı il tarixinə 32 yerli bankdan 5-nin aktivləri 1 mlrd. manatdan çox, 8-nin aktivləri 500 mln. manatdan 1 mlrd. manata qədər, 19-nun aktivləri isə 500 mln. manata qədərdir. Son nəticədə Azərbaycan bankları Palataya 13,7 mln. manat haqq ödəyəcək:
Kommersiya bankları
Bank aktivlərinin həcmi,
mln. manat
(31.12.2016)
MBNP-yə ödəniləcək
illik haqq,
min manat
1
Accessbank
1 058,872
800
2
AFB Bank
300,446
300
3
AGBank
520,003
500
4
Amrahbank
256,224
300
5
Atabank
472,542
300
6
International Bank of Azerbaijan
12 223,723
800
7
Azərbaycan Industry Bank
787,179
500
8
Azer-Turk Bank
469,550
300
9
Bank Eurasia
143,417
300
10
Bank of Baku
549,609
500
11
Bank BTB
241,508
300
12
Bank Respublika
912,117
500
13
Silkway Bank
403,993
300
14
Bank VTB (Azerbaijan)
435,563
300
15
Caspian Development Bank
129,295
300
16
Demirbank
538,829
500
17
Expressbank
286,822
300
18
Gunaybank
118,810
300
19
Xalg Bank
1 668,621
800
20
Kapital Bank
3 096,691
800
21
Bank Melli Iran-Baku
80,468
300
22
Muganbank
470,824
300
23
Naxchivanbank
126,407
300
24
NBC Bank
158,970
300
25
Nikoil Bank
439,726
300
26
National Bank of Pakistan-Baku
11,263
300
27
PASHA Bank
3 149,516
800
28
Rabitabank
522,288
500
29
Turanbank
528,222
500
30
Unibank
716,522
500
31
YapiKredi Bank Azerbaijan
447,862
300
32
Ziraat Bank Azerbaijan
132,196
300
Cəmi
31 398,080
13 700