“Beş mərtəbə” dairəsi ləğv olundu – [Fotolar]

Yasamal rayonu Akademik Milli Dram teatrının və “Təzəpir” məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində “Beş mərtəbə” dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir.
Bunu “APA-Economics”ə açıqlamasında “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb: “Nəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər”.