Biləsuvarda etiraz aksiyası keçirilib – [Fotolar]

Abzas.net BakiPost-a istinadən xəbər verir ki, xəbər verir ki, etirazçılar rayondan keçən Bakı-Astara yolunu bağlayıblar.
Aksiyanın səbəbi sosial yardımların xeyli müddətdir, verilməməsidir.
Hazırda sözügedən yolda hərəkət tamamilə dayanıb, böyük tıxac yaranıb.
Əraziyə cəlb olunan polis qüvvəsi aksiya iştirakçılarını dağıdıb. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər etirazçı saxlanılıb, onlar polis maşınlarına mindirilərək şöbəyə aparılıb.
Bakı-Astara yolunun Biləsuvardan keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.