Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.
APA-nın məlumatına görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.
O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.
8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.