Bu il 100-dən çox insan qidadan zəhərlənib, 3 nəfər ölüb

Bu ilin ilk rübündə  Azərbaycanda 103 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 162 nəfər zərər çəkib.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən xəbərə görə, yanvar-mart aylarında ölkədə baş verən 8 botulizm hadisəsi nəticəsində 15 nəfər zəhərlənib. Qida zəhərlənmələrindən 3 nəfər ölüb.
Bu ilin mart ayında isə baş verən 36 qida zəhərlənməsi halı nəticəsində 66 nəfər, 1 botulizm hadisəsi nəticəsində isə 1 nəfər zəhərlənib.