Çempionlar Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
Abzas.net xəbər verir ki, püşkatma nəticəsində İspaniyanın Madrid şəhərinin əsas komandaları “Real” və “Atletiko” bir-birinə rəqib olub. Digər yarımfinal oyunu isə Fransanın “Monako” və İtaliyanın “Yuventus” komandaları arasında olacaq.
İlk oyunlar 2-3 mayda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə 9-10 mayda olacaq.