Çexiya parlamenti 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıyıb

Çexiya parlamentinin aşağı palatası, dünən keçirdiyi iclasda, 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq tanıyıb.
Abzas.net xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi sözçüsü Tiqran Balayan, Çexiya deputatlarının 1915-ci il hadisələrini “soyqırımı” olaraq tanıması qərarını açıqlayıb, 104 vəkil tərəfindən hə səsi verildiyini bildirib.
Rus mətbuatında yer alan məlumatlara görə, Çexiya Prezident Administrasiyasının sözçüsü İrji Ovçaçek, prezident Miloş Zeman-ın yazdığı məktubun mətnini jurnalistlərə elan edib. Məktubda, “(Osmanlı İmperatorluğundakı) Ermənistan ərazisində keçirilən toplu erməni qırğınının 102-ci ildönümünü yad edirik. Mən bir neçə dəfə şəxsən, ən son Ermənistan ziyarətim əsnasında və ötən ilin iyununda prezident Serj Sarkisyan ilə keçirdiyim görüşdə qırğınları “soyqırımı” olaraq adlandırdım” ifadələrinə yer verilib.