Deputatlar referendumu izləmək üçün Türkiyəyə gedirlər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər.
Abzas.net xəbər verir ki, bu haqda Modern.aza Milli Məclisdən məlumat verilib.
Deputatlar Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.
Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər. Səfər aprelin 17-də başa çatacaq.