Dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu bərpa edilib

Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyu bərpa edilib. 
Abzas.net xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
Azərbaycanda sənaye üsulu ilə neft hasilatına XIX əsrin ortalarından başlanılıb.
1900-cü illərədək Azərbaycan dünya neftinin 50 faizini təmin edib.