Erdoğanın önündə diz çökdüyü Hikmetyarın adı “terror” siyahısından çıxarıldı

Birləşmiş Millətlər Təşkilatının “terror” siyahısında olan cihadçı təşkilatlardan Hizb-i İslamın lideri Gülbeddin Hikmetyar, Türkiyədəki “terror” siyahısından çıxarılıb.
Abzas.net xəbər verir ki, cumhuriyyet.org-da yer alan məlumata görə, İŞİD və Əl-Qaidə ilə əlaqələri olduğu üçün BMT tərəfindən adı terroristlər sırasında yer alan Hikmetyar ilə bağlı Türkiyədə gündəm yaradacaq qərar verilib.
Belə ki, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə beynəlxalq təşkilatların terrorçu olaraq tanıdığı Gülbeddin Hikmetyar Türkiyədə terror siyahısından çıxarılıb və onun haqqında 2013-cü ildə alınan mal varlığını dondurma haqqında qərar ləğv edilib.
Qərar rəsmi qəzetdə yayımlanıb.
Qeyd edək ki, hazırkı Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Hikmetyarın qarşısında diz çöküb oturduğu foto Türkiyədə böyük əks-sədaya səbəb olmuşdu.