Ermənistanın hakim partiyası seçkilərdə öndədir

Seçki məntəqələrindən çıxanlar arasında sorğuların nəticələrinə görə, parlament seçkilərində ən çox səsi Ermənistanın hakim Respublika partiyası alıb, Novosti-Armeniya xəbər verir.
Ermənistan sosiologiya assosiasiyasının Baltic Surveys/the Gallup Organization şirkəti ilə birlikdə apardığı Exit-pol nəticələrinə görə, hakim partiya – ERP 46 faiz səs toplayıb.
Sorğulara görə, ikinci yerdə iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Tsarukyan” blokudur. Onlar 25 faiz seçicinin səsini toplayıb.
Bu siyahını 10 faiz səslə Milli Şuranın “Elk” (Çıxış) bloku və 5 faiz səslə Daşnaktsutyun Ermənistan inqilab federasiyası qazanıb.
Qalan beş siyasi birlik, ilkin məlumatlara görə, Milli Məclisə keçmək üçün kifayət qədər səs toplaya bilməyib.
Ermənistan MSK-nın məlumatına görə, parlament seçkilərində seçicilərin yekun iştirakı 60,86 faiz (1 574 947 nəfər) təşkil edib.
Exitpolda 30 min insan iştirak edib.
Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik, partiya birlikləri ilə 7 faizlik baryeri keçməlidirlər.