Haaqa məhkəməsi Rusiyaya qarşı tədbir görməyəcək

Beynəlxalq Haaqa məhkəməsi Rusiyaya qarşı müvəqqəti dədbirlər görməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Ukrayna Haaqa məhkəməsində iddia qaldıraraq, Moskvanın Ukraynanın şərqindəki rusiyapərəst separatçıları maliyyələşdirməsi və onlara hərbi yardımı göstərməsini dayandırmaq üçün Rusiyaya qarşı müvəqqəti tədbirlər görülməsini tələb edib.
Ukrayna prezidenti Petro Poroshenko bundan əvvəl Qərbin Ruisyaya qarşı sanksiyalarının qalmasını, Ukraynada islahatların uğuruna qarant hesab etdiyini bildirmişdi.
Reuters-in məlumatına görə, o ,Londondakı Beynəlxalq Əlaqələr üzrə Kral institutunda çıxış edərkən ki, Rusiyanı Ukraynanın şərqindəki münaqişənin həlliylə bağlı Minsk razılaşmasının şərtlərinə əməl etməməkdə, öhtəliklərini yerinə yetirməməkdə günahlandırıb.
Qeyd edək ki, Qərb ölkələri 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
ABŞ və Avropa Birliyi ölkələri Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.
Bildirək ki, rəsmi Moskva ittihamı rədd edir.