Hökumət müstəqil xəbər saytlarını bloklamaq üçün məhkəməyə müraciət edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda bəzi saytların bloklanması tələbilə məhkəməyə müraciət edib.
Nazirlik azadliq.org, azadlıq.info, azərbaycansaatı.com, meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişə blok qoyulmasını istəyir.
Bu haqda çapını dayandırmış “Azadlıq” qəzetinə Səbail rayon Məhkəməsindən bildiriş gəlib.
Bildirişdə yazılıb ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin adı çəkilən internet resurslara qarşı iddiası məhkəmə baxışına qəbul edilib. Məhkəmə hakim Nuraəddin Bağırovun sədrliyi ilə 27 aprel saat 11:20-da Səbail rayon Məhkəməsində keçiriləcək.
İddia azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytlarını, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişin məhdudlaşdırılması ilə bağlıdır.