Hövsan sakinləri evlərin sökülməsinə etiraz edirlər

Hövsanda bir qrup şəxs hazır və yarı tikili evlərinin sökülməsinə etiraz edirlər. Onlar aprelin 30-da bu məqsədlə Hövsan kəndinin mərkəzinə toplaşıblar.
Sakinlərin AzadlıqRadiosu-na dediyinə görə, icra strukturu onlara ev tikməyə icazə vermir, tikdikləri də sökülür.
Suraxanı rayon Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozunun ərazisində yerləşən sakinlər onlardan pul tələb olunduğunu da deyirlər.
Sakinlər yolsuzluq, sosial problemlərdən də şikayətçi olduqlarını deyirlər.