İrəvanda Türkiyə və Azərbaycan bayraqları yandırılıb

Bu gün Ermənistanın paytaxtı İrəvanda qondarma soyqırımın 102-ci ildönümünü anma tədbiri təşkil qruplar Türkiyə və Azərbaycan bayraqlarını yandırıb.
Paytaxtda bu il 17-ci dəfə keçirilən qondarma soyqırım xatirəsi yürüşünə iqtidar partiyası olan Ermənistan Respublikaçılar Partiyasının gənclik təşkilatı başçılıq edib.
Yürüşə, o cümlədən “Daşnaksütun” partiyası gənclik qolu, Yerkir Tsirani partiyası üzvləri və Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdan və erməni diasporundan gələnlər qatılıb. İrəvanın mərkəzindəki Azadlıq meydanından başlayan yürüşdə nümayişçilər Türk və Azərbaycan bayraqlarını yandırıb. Nümayiş iki saat davam edib.