İspaniya rus haker saxlanılıb

Rusiyanın kompüter proqramçısı İspaniyanın Barselona şəhərində nəzarət altına alınıb. Onun 2016-cı il ABŞ prezident seçkiləri zamanı hakerlikdə əli olduğundan şübhələnilir.
Rusiyanın Madriddəki səfirliyinin sözçüsü həbsi təsdiqləsə də, Pyotr Levaşov adlı həmin şəxsin həbsinə dair izahat verməyib.
İspaniyanın slahiyyətli nümayəndələri Levaşovun həbsi barədə xəbərdarlığı səfirliyə cümə günü göndərib.
36 yaşlı kompüter ekspertinin ABŞ-ın sanksiyası ilə həbs edildiyi bildirilir. O, xanımı Mariya Levaşova ilə İspaniyada tətildə idi.

Levaşovun həbsindən sonra ABŞ-ın Ədliyyə Nazirliyinin sözçüsü Peter Karr bildirib ki, iş möhür altındadır və Vaşinqton bu haqda şərh verməyəcək.

ABŞ hökuməti Rusiyanı Donald Trumpın kampaniyasına yardım məqsədi ilə demokratların emaillərinin hakerliyində ittiham edir.

ABŞ Konqresi Rusiya ilə Trump arasındakı mümkün əlaqələrə dair araşdırma aparır.