Kuba mühacirlərinin oğlu ABŞ-ın yeni əmək naziri oldu

ABŞ Senatı prezident Trampın namizədliyini irəli sürdüyü Aleksander Akostanı əmək naziri vəzifəsinə təsdiq etdi. Beləliklə, yeni seçilmiş prezidentin kabineti tam formalaşmış oldu. Bunun üçün, Trampa üç aydan bir az çox vaxt tələb olundu.
Çərşənbə axşamı Senatda keçirilən səsvermədə 60-38 səs ilə təsdiq edilən Akosta ABŞ-ın 27-ci əmək naziri oldu. Kuba mühacirlərinin övladı olan Akostanın rəhbərlik edəcəyi nazirliyin işi 10 milyon işəgötürəni və 125 milyon işçini əhatə edir.
Bu, Akostanın Senat tərəfindən dördüncü təsdiqidir. Daha öncə o, Florida ştatının hakimi, Ədliyyə Nazirliyinin vətəndaş hüquqları diviziyasının rəhbəri olmuş və Milli Əmək Münasibətləri Təşkilatının rəhbərliyində təmsil olunmuşdu.
Akosta tezliklə işə başlayaraq, nazirliyin rəhbərsiz olduğu üç ay müddətində baş verən qeyri-müəyyənlikləri aradan qaladırmalıdır.
Yeni əmək naziri Trampın bu vəzifə üçün ilk seçimi deyildi. Bu vəzifə üçün nəzərdə tutulan biznesmen Andryü Pazder fevral ayında namizədliyini geri çəkmişdi.