Lapshin vəkili ilə görüşüb

Bloger Alexander Lapshin vəkili ilə görüşüb.
APA-nın məlumatına görə, vəkil Eduard Çernin deyib ki, A. Lapshin-in müalicəsi davam edir və o, özünü yaxşı hiss edir.
Vəkil bildirib ki, A. Lapshin-in Penitensiar Xidmətin müalicə müəssisəsindən 1 saylı Bakı istintaq təcridxanasına nə vaxt qaytarılacağı hələlik məlum deyil.