Nazir müavini: Sahibkarlar ətraf mühitə vurulan ziyana görə təzminat ödəmək istəmir

Azərbaycanda ətraf mühitə vurulan ziyana görə cərimələrin ödənilməsi ilə bağlı problemlər var.
Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev deyib.
Onun sözlərinə görə, sovet dövründə ətraf mühitin mühafizəsinə heç bir diqqət yetirilmirdi. Yalnız müstəqillik əldə edildikdən sonra Azərbaycanda bu sahəyə diqqət ayrıldı:
“Ətraf mühitin mühafizəsi məsələsində belə bir prinsip var: ətraf mühiti çirkləndirən onun bərpa olunması üçün cərimə ödəməlidir. Təəssüf ki, Azərbaycanda bu cür ödəmələr 90-cı illərdə həyata keçirilirdi, indi isə həmin dövrlə müqayisədə çox az məbləğ daxil olur. Biz ödəmələri Avropa səviyyəsinə çatdırmağa çalışırıq, lakin ətraf mühiti çirkləndirənlər buna müqavimət göstərirlər”.