Ölkədə faşizmin olduğunu göstərən 14 əlamət

“The İndependent” yazır ki, ABŞ-dakı Holokost Yaddaş Muzeyinin məlumatına görə İvrit təqvimində Nisanın (aprelin) 27-si Varşava gettosunda yəhudi üsyanının ildönümü günüdür.
Məqalədə deyilir ki, bu muzeydə 2017-ci ilin yanvarından nümayiş etdirilən foto çox sürətlə virtual şəbəkədə yayılıb. Fotoda faşizmin baş qaldırdığını göstərən 14 əlamətin siyahısı olan lövhə əks etdirilir.
“The İndependent” yazır ki, bu lövhənin fotosu bu ilin yanvarında ABŞ baş prokuror əvəzi Sally Q. Yates-in vəzifəsindən qovulmasına cavab kimi də dəyərləndirilə bilər.
Məqalədə deyilıir ki, ümumiyyətlə prezident Donald Trump-ın opponentləri 2017-ci ilin Amerikası ilə 1920-ci illərin müharibələrarası faşist liderlərinin Avropası arasında paralellər tapmağı xoşlayırlar.
2016-cı ilin sonlarında New York Times qəzeti özünün 1922-ci ilə aid arxiv nömrələrindən birində dərc olunmuş “Cənab Hitler” məqaləsini təkrar çap etmişdi.
Məqalədə Hitler haqqında belə yazılmışdı: “Onun proqramı on-on beş neqativ ideyanın ümumiləşdirmə qiyafəsinə salınmasından ibarətdir. O yəqin ki, nə etmək istədiyini özü də bilmir…”
“The İndependent” yazır ki, bu dəfə müqayisəni komediya aktyoru Felonious Munk (əsl adı Dennis Banks-dir) edib.

Komediya aktyoru Felonious Munk Twitterdə faşizmin erkən 14 əlamətini paylaşıb
Munk “faşizmin erkən əlamətlərinin siyahısı” ilə bağlı bir neçə tvit postlayıb.
O bazar ertəsi yazdığı tvitdə ABŞ baş prokuror əvəzi Sally Q. Yates-in Trump tərəfindən vəzifəsindən qovulmasını xatırladır.
Buna səbəb o olub ki, Yates tabeçiliyində olan Ədliyyə Nazirliyinə Trump-ın ziddiyyətli “miqrant qadağanını” məhkəmə qərarlarından müdafiə etməməyə çağırıb.
Munk xatırladır ki, Yates baş prokurorun müavini vəzifəsinə Barack Obama tərəfindən təyin edilmişdi və tezliklə ədliyyə naziri olacağı gözlənilirdi.
Aktyor birinci tvitində yazırdı ki, “qanunsuz əmrləri yerinə yetirməkdən imtina edən rəsmilərin işdən qovulması açıq, tammiqyaslı faşizmin əlamətlərindən biridir…”
Eyni tvitlə faşizmin həmin o 14 erkən əlamətinin siyahısını göstərən lövhənin fotosu da paylaşılmışdı.
Bazar ertəsi paylaşılan siyahı 118 min dəfə təkrar tvit edilmiş və 160 min “like” qazanmışdı.
“The İndependent” qəzeti haqqında danışılan 14 əlamətlik siyahının fotosunu dərc edib:
Qüdrətli və davamlı millətçilik
İnsan haqlarına hörmətsizlik
Düşmənlərin birləşdirici hədəf edilməsi
Hərbiyyənin üstünlüyü
Baş alıb gedən seksizm və ya cinsi ayrı-seçkilik
Mediaya nəzarət
Milli təhlükəsizliyə ifrat aludəçilik
Din və dövlətin çulğalaşması
Şirkətlərin korporativ maraqlarının qorunması
İşçi qüvvəsinin əzilməsi
Ziyalıların və incəsənətin gözdən salınması
Cinayət və cəza mövzusuna heyranlıq
Açıq qohumbazlıq, dostbazlıq və korrupsiya
Saxtalaşdırılmış seçkilər