Polis mitinq iştirakçılarına xəbərdarlıq edəcək

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov aprelin 8-də keçiriləcək  mitinq iştirakçılarına xəbərdarlıq edəcək. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
“Bizim aksiyalarda heç zaman hər hansı qanundankənar addımlara yol verilməyib, bundan sonra da verilməyəcək. Əksinə, bəzən mitinq təşkilatçıları hökumətin göndərdiyi təxribatçıların qarşısını almalı olurlar. Odur ki, bizim tərəfimizdən hər hansı təxribata yol verilməyəcək”, – o deyib.
Bundan öncə S.Bağırov bildirib ki, mitinqin təşkilatçıları şəhər polisinə çağırılacaq və qanunsuz hərəkətlərin yolverilməzliyi barədə onlara xəbərdarlıq ediləcək.
8 aprel mitinqi “Məhsul” stadionunda olacaq. “Yalana, talana, monarxiyaya son!” şüarı ilə aksiyanı Milli Şura keçirir.