Putinin gəlirləri azalıb

Putinin köhnə "Volqa" QAZ-М21-i
2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin gəlirləri bir qədər azalıb, Kremlin saytında dərc olunmuş rəsmi bəyannamədə deyilir.
Keçən il prezident Putin 8,86 milyon rubl (təxminən 155 min dollar) qazanıb. 2015-ci ildə isə gəlirlər 8,9 milyon rubl təşkil edib.
Hesabatda deyilir ki, Putinin 77 kvadrat metrlik mənzili, 1500 kvadrat metrlik torpaq sahəsi, 18 kvadrat metrlik qarajı, “Volqa” QAZ-М21 və Niva avtomobilləri və Skif adlı avtomobil qoşqusu mövcuddur.
Rəsmi bəyannamədə prezident və baş nazir də daxil olmaqla, bütün Rusiya deputatları, nazirləri və digər rəsmi şəxslərin gəlirləri açıqlanıb.
MƏNBƏBBC
Əvvəlki məqaləBakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Növbəti məqalədəAnkara: Avropa ilə miqrant sazişinə yenidən baxacağıq