Qərb Universitetinə əcnəbi rektor təyin edildi

Qərb Universitetində yeni rektor fəaliyyətə başlayıb.
Abzas.net universitetin saytına istinadən xəbər verir ki, bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.
Böyük pedaqoji və idarəçilik təcrübəsinə malik olan yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.
Latviya Dövlət Universitetinin professoru olan A. Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.