Rusiya neft hasilatını aşağı salmaqda davam edir

Rusiyada gündəlik neft hasilatının bu ilin mart ayında 2016-cı ilin Oktyabr ayı ilə müqayisədə sutkada 202 min barel azalaraq 11 milyon 46 min barrelə gerilədiyi bildirilib.
“Marja” xəbər verir ki,  Rusiya Energetika Nazirliyindən verilən məlumata görə, OPEC-lə əldə edilmiş razılaşma əsasında ölkənin gündəlik neft hasilatı ötən ilin oktyabr ayı ilə müqayisədə mart ayında 202 min barel azalaraq 11 milyon 46 min barrelə enib.

Ötən ilin noyabr ayında keçirilən OPEC toplantısında, üzv ölkələrin neft hasilatlarını gündəlik 1,2 milyon barel azaldaraq 32,5 milyon barelə salmaları qərarı verilmişdi.

Rusiyanın enerji naziri Aleksandr Novak da OPEC-in müqaviləni tətbiq etməsi halında, Rusiyanın da gündəlik 11,2 milyon barrel olan neft hasilatını 300 min barel azaldacağını bildirmişdi.

Dünyanın ən böyük neft istehsalçısı olan Rusiyanın neft və qaz ixracı gəlirləri keçən il 2015-ci illə müqayisədə  17,7% azalaraq 73,6 milyard dollara geriləyib.