Sabaha olan hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Abzas.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.