Şimali Koreya “nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırdır”

Şimali Koreya ABŞ tərəfindən nüvə hücumuna analoji zərbə ilə cavab verməyə hazırdır, Koreya Xalq Ordusunun vitse-marşalı Choe Ryong-Hae bəyan edib.
“Ümumi müharibəyə ümumi müharibə ilə, nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırıq”, KXDR-in banisi Kim Il-sung-un doğulmasının 105-ci ildönümünə həsr olunmuş paradda çıxış edən Choe Ryong-Hae bildirib.
Ballistik raketlər, sualtı qayıqların ən yeni nümunələri paradda nümayiş etdirilən hərbi texnika arasındadır. Aprelin əvvəlində Trump bildirib ki, ABŞ hakimiyyəti Çinin yardımı olmadan da Şimali Koreya ilə “baş apara bilər”.