Strasburqda “siyasi məhbuslara azadlıq!” aksiyası keçirilib [Video]

Avropada yaşayan bir qrup azərbaycanlı mühacir Strasburqda Avropa Şurasının binası qarşısında aksiya keçiriblər. 
Abzas.net xəbər verir ki, aksiya iştirakçıları Avropa parlamentarilərindən Azərbaycanda siyasi məhbusların azad edilməsi məsələsini qaldırmağı tələb ediblər. Həmçinin, aksiyada Qiyas İbrahimovun, Bayram Məmmədovun, Mehman Hüseynovun, İlqar Məmmədovun, İlkin Rüstəmzadənin və digər siyasi məhbusların adlarını səsləndiriblər.
Aksiya iştirakçıları korrupsiya və Azərbaycan hakimiyyətinin 2013-cü ildə Cristoph Strasser-in Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsinə səbəb olan bir sıra AŞPA üzvlərini öz tərəfinə çəkməsi faktlarının araşdırılmasını tələb edirlər.