“Təzə bazar”da yanğın baş verib – [Foto]

Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da yanğın hadisəsi baş verib.
“Report” xəbər verir ki, yanğın bazarın meyvə-tərəvəz və geyim satılan hissəsində qeydə alınıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.