Trump-ın sabiq məsləhətçisi barədə istintaq başladılıb

Trump-ın sabiq məsləhətçisi Flynn haqqında istintaq başladılıb.
ABŞ Müdafiə Nazirliyi müfəttişləri prezident Donald Trump-ın sabiq təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn haqqında, icazə almadan xarici təşkilatlardan ödəmə aldığı səbəbiylə istintaq başladıb..
Abzas.net xəbər verir ki, Flynn, Trump-ın prezidentliyindən əvvəl rus səfir ilə Rusiyaya ABŞ-ın tətbiq etdiyi sanksiyalar haqqında görüşünü gizlədiyi və bu təmaslar haqqında sabiq prezident Mike Pence-i səhv istiqamətləndirdiyi üçün vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdı.
Bildirək ki, Nümayəndələr Palatasındakı demokratlar tərəfindən Nümayəndələr Məclisinin araşdırma və hökumət islahatı komissiyasına göndərilən 11 aprel tarixli məktuba görə, Pentaqon, Flynn-in “xarici bir dövlətdən qazanc təmin etmədən əvvəl lazımlı təsdiqi alıb-almadığı” mövzusunda istintaq icra edir.