Türkiyədə yüzlərlə şəxs Gülenlə əlaqəyə görə həbs edilib

Türkiyədə polisin 2016-cı ilin yayında dövlət çevrilişi ittiham edilən hərəkata qarşı keçirilən əməliyyatı zamanı 1000-dən çox adam həbs olunub.
Polis daxilində gizli quruma ünvanlı reydlər kimi təsvir edilən əməliyyat hələ də davam edir.
Çərşənbə günü əməliyyatda təxminən 8500-ə qədər polis iştirak edib.
Türkiyə ABŞ-da yaşayan din xadimi Fetullah Gülenə sadiq hərəkatı iyulun 15-də prezident Recep Tayyip Erdoğanı yıxmağa çalışdığını ittiham edir.