Twitter-in istifadəçi sayı artdı, reklam gəliri azaldı

Dünyaca məşhur sosial şəbəkə Twitter ilin ilk 3 ayı ilə bağlı hesabatını açıqlayıb.
Abzas.net xəbər verir ki, Twitter-dən edilən açıqlamada, bu ilin ilk 3 ayındakı gəlirin, keçən ilin eyni dövrünə görə, 7,7 % eniş göstərərək, 548 milyon dollara gerilədiyi ifadə edilib. Şirkət 2016-cı ilin yanvar-mart aylarında 594 milyon dollar gəlir əldə etmişdi.
Açıqlamada əlavə olaraq, şirkətin bu ilin ilk rübündə 61,5 milyon dollar zərər etdiyi məlumatına də yer verilib. Şirkət keçən ilin ilk üç ayında isə 79,7 milyon dollar zərər etmişdi.
Digər tərəfdən, Twitter-in bu ilin ilk rübündəki aylıq ortalama aktiv istifadəçi sayı, keçən ilin eyni dövrünə görə, 5,8 % artaraq 328 milyona çatıb.
Şirkətin bu ilin ilk üç ayında reklam gəliri də, keçən ilin eyni dövrünə görə, 10,7 % azalaraq 473,8 milyon dollara düşüb. Firmanın keçən ilin yanvar-mart dövründəki reklam gəliri 530,7 milyon dollar olmuşdu.