Yaponiyadan Qəzzaya 900 min dollarlıq yardım

Yaponiya Qəzza zolağının İsrail hücumlarından qalan partlayıcı maddələrdən təmizlənməsi üçün Birləşmiş Millətlər Təşkilatının Mina Əleyhinə Xidmətinə (UNMAS) təxminən 900 min dollar yardım edib.
Abzas.net xəbər verir ki, UNMAS-dan edilən yazılı açıqlamada, “Yaponiyanın, Qəzzadakı müharibə qalıqlarının təmizlənməsi üçün təşkilata təxminən 900 min dollar yardım etdiyi” vurğulanıb.
Açıqlamada əlavə olaraq, Yaponiyanın 2015-2016-ci illərdə UNMAS vasitəsilə Qəzza zolağına 3,5 milyon dollar yardım etdiyi və söz mövzusu yardımların 29 ton ağırlığındakı döyüş qalıqları ilə 149-u havadan atılan olmaqla çox sayda partladılmamış bombanın təmizlənməsində istifadə edildiyi bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Kömək Agentliyi (UNRWA) 2016-cı ilin mart ayında etdiyi şərhdə, İsrailin 2014-cü ilin iyulunda təşkil etdiyi hücumların ardından bölgədə olan təxminən 7 min partlayıcı maddədən yalnız 3 mininin məhv edilə bildiyini ifadə etmişdi. Söz mövzusu şərhdə Qəzzada müharibə qalıqları səbəbiylə 16 nəfərin həyatını itirdiyi, 48-i uşaq 97 nəfərin isə yaralandığı məlumatı verilmişdi.
Qəzzada Daxili İşlər Nazirliyinin nəzdində olan Partlayıcı Mühəndisliyi Dairəsinin məlumatlarına görə, İsrailin Qəzzaya təşkil etdiyi son hücumlar əsnasında təxminən 40 evdə atılan, ancaq partlamayan mərmi və bombalar qalmaqdadır.
Əvvəlki məqaləKamerası dəyişdirilən Mehman Hüseynov indiki şəraitindən narazıdır
Növbəti məqalədə“Gəncədəki atmosfer “Benfica” – “Porto” qarşılaşmaları səviyyəsində idi”