Zidane-dan Le Pen çağırışı

Fransada keçiriləcək prezident seçkiləriylə əlaqədar danışan məşhur fransız baş məşqçi Zinedine Zidane, sağçı Marine Le Pen-in qazanmaması üçün xalqa müraciət edib.
Abzas.net xəbər verir ki, Zidane 2002-ci ildə baş tutan seçkilərdə Le Pen-in atası Jean-Marie Le Pen-ə qarşı sərgilədiyi rəftarın dəyişmədiyini ifadə edib.
“Valencia” ilə oynanılacaq La Liga matçında öncə mətbuat konfransında danışan Zidane, “2002-ci il ilə eyni tutumdayım. Le Pen-in fikirlərindən olduqca uzağam. Onları məğlub etmək üçün əlimizdən gələni etməliyik”, – deyərək çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, Zidane uzun illər formasını geydiyi İspaniyanın “Real Madrid” komandasının baş məşqçi postunda çalışır.