AMEA işçilərinin iş saatı qısaldılıb

IV İslam Həmrəliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçiləri üçün iş saatı qısaldılıb.
Abzas.net Trend-ə istinadən xəbər verir ki, mayın 12-də – açılış mərasimində və mayın 22-də bağlanış mərasimində işçilər günorta saat 1-ə qədər işləyəcəklər.
Bununla bağlı işçilərə şifahi məlumat verilib.
Mayın 12-dən 22-ə qədər Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.