ARDNF indiyədək AÇG-dən 124,1 mlrd. dollar gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 2017-ci ilin may ayının 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
Abzas.net-in məlumatına görə, bu ilin 4 ayında AÇG yataqları üzrə fond 1 mlrd. 960 mln. ABŞ dolları gəlir əldə edib.
Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il mayın 1-nə qədər ARDNF-ə daxilolmaların həcmi 124,069 mlrd. dollar təşkil edib.