ATƏT PA-nın prezidenti payızda Azərbaycana səfər edəcək

ATƏT Parlament Assambleyasının prezidenti Christine Muttonen payızda Azərbaycana gələcək.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
O bildirib ki, səfərin əvvəlcə yay sessiyasından əvvəl reallaşması nəzərdə tutulurdu: “Lakin onun proqramının sıxlığı ilə bağlı bu, mümkün olmadı. Səfər yay sessiyasından sonra baş tutacaq. Tarix hələlik dəqiqləşməyib”.